Dünya bazarında neft UCUZLAŞIR
Bu gün Rusiyanın Ukraynanın bəzi bölgələrindəki hücumunu dayandıracağını açıqlamasından sonra neft qiymətləri kəskin ucuzlaşıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, son ticarətdə ABŞ nefti 6,4% ucuzlaşaraq 1 barrel üçün 99,25 dollar olub. Dünya bazarında Brent markalı neft 5,4% ucuzlaşaraq 1 barrelə görə 106,43 dollarda qərarlaşıb.
Xatırladaq ki, bu gün iki ölkə arasındakı sülh danışıqlarından sonra Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin Rusiya Müdafiə Nazirliyinin Kiyev və Çerniqovda döyüş əməliyyatlarını kəskin şəkildə azaltmağa qərar verdiyini açıqlayıb.
Rusiya rəsmisi bildirib ki, dəyişikliklər qarşılıqlı etimadın artırılması və gələcək danışıqlar üçün lazımi şəraitin yaradılması səylərinin bir hissəsidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=172310