Dünya Bankının Azərbaycana dəstəyi yüksək qiymətləndirildi

06.04.2022 - 20:38

Baş nazir Əli Əsədov aprelin 6-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.

Cumhuriyyet.az xəbər verir ki, görüşdə cari ildə Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın qurulmasının 30 illiyinin tamam olduğu vurğulanaraq ötən müddət ərzində müxtəlif istiqamətlərdə birgə layihələrin uğurla həyata keçirildiyi bildirilib.

Azərbaycanda aparılan iqtisadi, struktur və institusional islahatlar, həmçinin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması məqsədilə görülən tədbirlər barədə danışılıb. Dünya Bankının bu istiqamətlərdə Azərbaycana dəstəyi yüksək qiymətləndirilib.

Görüşdə Azərbaycanın inkişaf prioritetləri, Dünya Bankının “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına dəstəyi, Bankın ölkəmizdəki layihə portfeli və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, həmçinin müxtəlif sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər geniş müzakirə olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173003

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930