Azərbaycana gələn əcnəbilərin sayı kəskin ARTIB

11.04.2022 - 14:12

Mart ayında Azərbaycana 95 844 xarici vətəndaş gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 112 faiz artım qeydə alınıb. Belə ki, 2021-ci ilin martında ölkəyə 45 110 əcnəbi gəlmişdi.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, bu ilin birinci rübündə isə 246 277 xarici vətəndaş ölkəmizə səfər edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 110 faiz artım olub. Belə ki, 2021-ci ilin birinci rübündə Azərbaycana 117 227 əcnəbi gəlib.

Mart ayında ən çox əcnəbinin gəldiyi ölkələr sırasında Türkiyə, Rusiya, İran, Gürcüstan və Ukrayna ilk beşlikdə qərarlaşıb. Türkiyədən 24 244, Rusiyadan 17 824, İrandan 15 638, Gürcüstandan 5483, Ukraynadan isə 5327 əcnəbi ölkəmizə daxil olub.

Bu ilin martında Pakistandan gələnlərin sayında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artım qeydə alınıb. Belə ki, 2019-ci ilin üçüncü ayında 2733 nəfər gəlmişdisə, bu ilin martında isə bu rəqəm 46,4 faiz artaraq 4001 nəfər təşkil edib.

Rüblük göstəricidə isə Səudiyyə Ərəbistanından ölkəmizə gələnlərin sayında artım qeydə alınıb. Belə ki, 2019-cu ilin I rübündə 6437 nəfər, bu ilin müvafiq dövründə isə 20,4 faiz artımla 7751 əcnəbi ölkəmizə gəliib.

Short URL: http://www.cumhuriyyet.net/?p=173262

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728