Büdcədə profisit yaranıb – Nazirlik
2022-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7009,6 milyon manat, xərcləri 5629,5 milyon manat olub, 1380,1 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci ilin 1-ci rübü ilə bağlı hesabatında əks olunub.
Hesabata görə, həmin dövrdə icmal büdcənin gəlirləri 7960,3 milyon manat olub və bu ötən ilin eyni dövrü ilə müqayisədə 991,5 milyon manat və ya 14,2 faiz çoxdur.
İcmal büdcənin xərcləri 6309,1 milyon manat icra olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 387,8 milyon manat və ya 6,5 faiz çoxdur.
İcmal büdcədə 1651,2 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=173445