3 ayın hesabatı: Büdcə pulları hara xərclənib?

13.04.2022 - 15:33

2022-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 5688,3 milyon manat proqnoza qarşı 5629,5 milyon manat və ya 99,0 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 105,8 milyon manat və ya 1,9 faiz çoxdur.

Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyinin 2022-ci ilin 1-ci rübündə dövlət büdcəsi xərcləri haqqında hesabatında qeyd edilib.

Hesabata görə, dövlət büdcəsi xərclərinin 4186,5 milyon manatı və ya 74,4 faizi cari xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 166,1 milyon manat və ya 4,1 faiz çox), 1094,2 milyon manatı və ya 19,4 faizi əsaslı xərclərə, 348,8 milyon manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 48,7 milyon manat və ya 12,3 faiz az) yönəldilib.

Cari ilin 1-cü rübündə sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 49,3 faizini (2021-ci illə müqayisədə 1,3 faiz-bənd çox) təşkil etməklə 2774,0 milyon manat məbləğində icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 122,4 milyon manat və ya 4,6 faiz çoxdur.

Cari ilin 1-ci rübündə dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=173447

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930