İnflyasiya artımına ərzaq bahalaşması təsir edib – Mərkəzi Bank

16.06.2022 - 11:48

2021-ci ildə 12 aylıq inflyasiya 12% və orta illik inflyasiya isə 6.7% təşkil edib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilib.

Rəsmi məlumata görə, ümumi inflyasiyanın artımına ərzaq məhsullarındakı qiymət artımı daha çox təsir edib.

Belə ki, ərzaq məhsulları üzrə 12 aylıq inflyasiya 15.8% olub. İnflyasiyanın digər komponentləri olan qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templəri müvafiq olaraq 7.7% və 10% təşkil edib. Ümumilikdə, inflyasiyaya dünya ərzaq qiymətlərinin bahalaşması, ticarət tərəfdaşı ölkələrdə inflyasiyanın artması və artan məcmu tələb təsir göstərib. Mərkəzi bank tərəfindən həyata keçirilən monetar siyasət inflyasiyanın hədəf diapozonuna qaytarılmasına yönəldilib.

Belə ki, Mərkəzi Bank tərəfindən ilin ikinci yarısından etibarən uçot dərəcəsi 3 dəfə ardıcıl yüksəldilərək 6.25%- dən 7.25%-ə (aşağı hədd 6%, yuxarı hədd 8.25%) qaldırılıb. Bundan əlavə, qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasının qarşısının alınması üçün 21 fevral 2022- ci il tarixində “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncam imzalanıb. İşgüzar aktivliyə və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq və inflyasiyanın mənfi təsirlərinin azaldılması istiqamətində müvafiq tədbirlər görülməsi məqsədilə Nazirlər Kabineti yanında işçi qrupu yaradılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=176852

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728