Daxili ticarətlə bağlı qanun layihəsi HAZIRLANIB
Daxili ticarət haqqında qanunvericilik çox vacibdir.
Cumhuriyyet.az-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Partners and Business” Baku 2022 – yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.
M.Abbasbəyli bildirib ki, bu istiqamətdə digər müvafiq qurumlarla birgə işçi qrupu təşkil edərək layihə hazırlanıb və razılaşma mərhələsindədir:
“Razılaşma prosesi bitdikdən sonra layihə Milli Məclisə təqdim olunacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=176888