Azərbaycanda otel qiymətləri ucuzlaşa bilər – SƏBƏB

18.06.2022 - 15:19

Pandemiyadan sonra Azərbaycanda qonaq evlərinin sayı sürətlə artır, bu isə turizm sektorunda rəqabətə və daha yaxşı xidmətin yaranmasına səbəb olur.

Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan Turizm Agentliyinin Turizm Bürosunun Regional İnkişaf bölməsinin müdiri Hüseyn Məmmədov deyib.

H.Məmmədovun sözlərinə görə, pandemiya dövründən sonra yerli turistlər Azərbaycanı kəşf etməyə başlayıblar:

“Bu tendensiya regionlarda sahibkarlar tərəfindən bir çox maraqlı məkanların ərsəyə gəlməsinə şərait yaradıb. Bu gün regionlarda turistlər üçün münbit imkanlar yaradılıb. Artıq hotellərə alternativ olaraq qonaq evlərinin sayı sürətlə artır. Maraqlı konsepti olan gecələmə yerləri var, “rainway hous”ları nümunə çəkə bilərik. Bu kimi evlərin sayı günbəgün artır. Sahibkarlar görürlər ki, artıq yerli turistlər bu kimi evlərə üz tuturlar. Belə olan halda sahibakların da bu tipli evlərin yaradılmasına maraqları artır və bu sahədə rəqabət formalaşır”.

“Bayram günlərində, yəni tələbin çox olduğu günlərdə hotellərdə qiymət artır, qonaq evlərinin Azərbaycanda sürətlə yayılması və inkişafı, artıq bazarda rəqabətə gətirib çıxaracaq, çünki artıq qonaq evlərinə böyük investisiya yatırırlar. Qonaq evlərindəki şərait hotellərdəki xidmətdən geri qalmır. Ölkədə kifayət qədər maarifləndirmə işləri aparılır ki, qonaq evlərində xidmət səviyyəsi daha da yüksəlsin. Son bir il ərzində 70-dən çox kənd evinə, qonaq evinə inventarlar təqdim edilib. Eyni zamanda, bu evlərdə infrastrukturun təkmilləşdirilməsi ilə bağlı işlər görülüb. Həmçinin, müvafiq sahibaklara müntəzəm olaraq təlimlər həyata keçirilir. Bu günə qədər qonaq evləri gizli və illeqal fəaliyyət göstərirdisə, artıq sevindirici haldır ki, qonaq evləri “VÖEN”lərini açırlar və vergilərini ödəyirilər”, – deyə o bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=177064

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930