“Brent”in qiyməti 110 dollara düşdü
“Brent” markalı neftin qiyməti 111 dollardan aşağı düşüb.
Cumhuriyyet.az-ın məlumatına görə, “Brent” neftinin avqust fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında saat 06:08 üçun (Bakı vaxtı) 3,51 faiz ucuzlaşaraq 110,63 dollar/barel təşkil edib. Saat 06:15 üçün ucuzlaşma zəifləyib və neft 110,80 dollar/barrel səviyyəsində alınıb-satılıb.
Qeyd edək ki, sonuncu dəfə “Brent” markalı neft mayın 20-də 111 dollardan ucuz olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=177339