Azərbaycandan Avropaya nə qədər qaz tədarük olunur? – RƏQƏM

10.07.2022 - 14:23

Cari ilin birinci rübündə Azərbaycandan Avropaya tədarük olunan qazın dəyəri açıqlanıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) Avropa qaz bazarındakı vəziyyətlə bağlı rüblük hesabatında deyilir.

Avropa İttifaqı ölkələri 2022-ci ilin birinci rübündə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan 2,1 milyard avro həcmində qaz alıb.

AK il ərzində Azərbaycandan tədarükün artdığını qeyd edib. Hesabata görə, bu ilin birinci rübündə TAP vasitəsilə qaz nəqlinin xüsusi çəkisi bir il əvvəlki 1,2 faizə qarşı ümumi tədarükün 2,5 faizini təşkil edib.

“TAP Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qaz ehtiyatlarına çıxışı təmin edir ki, bu da Aİ-nin qaz təchizatı təhlükəsizliyi siyasətinin mühüm nəticəsidir”, – sənəddə qeyd olunub.

Xatırladaq ki, Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. 2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin birinci rübündə isə 2,6 milyard kubmetr qaz ixrac edib. 2022-ci ildə Avropaya qaz ixracının 10 milyard kubmetrdən çox olacağı proqnozlaşdırılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=178330

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031