Azərbaycanın xarici dövlət borcu AZALIB

13.08.2022 - 16:50

Dövlət büdcəsində 2022-ci il üçün daxili dövlət borclanmasının yuxarı həddi 1100 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi 600 milyon manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 800 milyon manat müəyyən edilib.

Cumhuriyyet.az xəbər verir ki, bu, Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da öz əksini tapıb.

İyulun 1-nə ümumi dövlət borcu ÜDM-in 14,7 faizini, o cümlədən xarici dövlət borcu ÜDM-in 11,7 faizini, daxili dövlət borcu isə ÜDM-in 3 faizini təşkil edib.

Ümumi dövlət borcunun artımı daxili borclanmanın artımı hesabına olub, xarici dövlət borcunun məbləği azalıb, daxili dövlət zəmanətləri üzrə şərti öhdəliklər artıb.

Altı ayda birbaşa xarici dövlət borcu 384,7 milyon manat azalıb, birbaşa daxili dövlət borcu 282,6 milyon manat artıb. Ümumi şərti öhdəliklər 131,5 milyon manat artıb, nəticədə ümumi dövlət borcunda 29,4 milyon manat artım qeydə alınıb. Dövrün əvvəli ilə müqayisədə daxili zəmanətlər üzrə şərti öhdəliklər 177,5 milyon manat (31,6 faiz) artıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=180636

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930