Tezliklə İran, Azərbaycan və Rusiya arasında saziş imzalanacaq

28.08.2022 - 14:08

Tezliklə İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikilməsi istiqamətində üçtərəfli saziş imzalanacaq.

Cumhuriyyet.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bu gün (28 avqust) Tehranda keçirdiyi mətbuat brifinqində deyib.

Ş.Əfəndizadənin sözlərinə görə, üç ölkə rəsmilərinin iştirakı ilə Azərbaycanda keçiriləcək iclasda bu dəmiryolunun tikilməsi ilə əlaqədar investisiya haqda müzakirələr aparılacaq.

Əfəndizadə əlavə edib ki, İran hökuməti Şimal-Cənub Dəhlizinin İran hissəsini aktivləşdirib. Bu dəhlizdə dəmiryolu tikilməyən yeganə hissə İranın Rəşt-Astara dəmiryoludur.

Nazir müavini bildirib ki, İran Çin və Rusiya ilə ticarət və tranzitini artırmaq niyyətindədir. Bu baxımdan Şimal-Cənub Dəhlizi ölkə üçün böyük əhəmiyyət kəsb edir.

“İran gələn ildə İran və Rusiya arasında 30 milyon ton məhsulun tranzit olunmasını məqsəd götürüb. Bu məqsədə çatmaq istiqamətində addımlar atılır”, – deyə o qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181023

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930