“Putin uğursuz olacaq, ukraynalılar qalib gələcək” – Ursula von der Leyen

14.09.2022 - 12:45

“Rusiyaya qarşı sanksiyalar qalıcıdır”.

Cumhuriyyet.az bildirir ki, bunu Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen deyib. O, çıxışı zamanı fikirlərini bu cür ifadə edib:

“İçində olduğumuz dövr qətiyyət dövrüdür. Bu, gələcəyimizə yönəlmiş savaşdır, avtokratiyaya qarşı demokratiya uğrunda mübarizədir. Putin uğursuz olacaq, ukraynalılar qalib gələcək. Cəsarətin bu gün bir adı var – o da Ukraynadır”.

Bu gün Ukraynanın paytaxtı Kiyevə gedəcəyini açıqlayan Leyen, həmçinin elektrik enerjisi bazarında hərtərəfli islahat üzərində çalışacaqlarını da vurğulayıb:

“Müharibədən istifadə edərək fövqəladə qazanc əldə etmək yanlışdır, bu qazanc ehtiyacı olanlara yönəldilməlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181834

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930