cumhuriyyet.net
Avropaya qaz tədarükünün artırılması müzakirə olundu • Cumhuriyyət
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Belçika Krallığının energetika naziri Tinne Van der Straten ilə enerji əməkdaşlığına dair müzakirələr aparıb. Cumhuriyyet.az xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında yazıb. O qeyd edib ki, görüşdə Yeni Enerji Tərəfdaşlığı sənədi çərçivəsində Avropaya təbii qaz tədarükünün artırılması və Xəzərin külək enerjisinin ixracı üçün infrastruktura investisiyaların vacibliyi vurğulanıb.
nesimi