Azərbaycanda sığortaya yatırılan vəsaitlər 111 mln. manatdan çox artıb
Azərbaycanda həyatın yaşam sığortasına yatırılan vəsaitlər 44,9% artıb.
Cumhuriyyet.az xəbər verir ki, 2022 ilin yanvar-noyabr aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 359,3 milyon manata çatıb. Başqa sözlə, ötən ilin eyni dövrünə nisbətən sığorta yatırımları 111,4 milyon manat artıb. Belə ki, 2021-ci ilin eyni dövründə həyat sığorta şirkətləri 247,9 milyon manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 93,1%-ə yüksəlib. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 85,2% təşkil etmişdi.
2022-ci ilin on bir ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 1,2% azalaraq 222,9 milyon manata düşüb. 2021-ci ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 225,7 milyon manat təşkil etmişdi.
Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=186953