Azərbaycanın buğda idxalı 12% ucuzlaşıb

16.02.2023 - 12:39

Bu ilin yanvar ayı ərzində Azərbaycana 43 mln. 423 min dollar dəyərində 142 min 655.6 ton buğda idxal olunub.

Cumhuriyyet.az-ın  xəbərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 33.7% və ya 10 mln. 948 min dollar, həcmi isə 52.2% və ya 48 min 951 ton artıb. 2022-ci ilin yanvar ayında ölkəyə 32 mln. 475 min dollar dəyərində 93 min 704 ton buğda gətirilib.

Qeyd edək ki, cari ilin yanvar ayında ölkəyə gətirilən buğdanın 1 tonun qiyməti 12% azalaraq 304 dollara bərabər olub. Bu göstərici ötən ilin yanvar ayında 346 dollar təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar ayında bugda idxalı Azərbaycanın ümumi idxalının 3.07%-nə bərabər olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188267

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930