Dünya Bankı: Azərbaycanın Avropa qaz bazarında payı artıb

28.04.2023 - 12:30

2022-ci ildə Azərbaycanın Avropa qaz bazarında payı artıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib. Məlumata görə, Azərbaycanın Avropa qaz bazarında payı 2021-ci ildəki 4,9%-dən 2022-ci ildə 6,9%-ə yüksəlib.

Dünya Bankı qeyd edib ki, Azərbaycanla yanaşı, ABŞ, Qatar və Norveçin də Avropa bazarında payı artıb. ABŞ-nin payı 8%-dən 17,4%-ə kimi, Qatarın payı 6,8%-dən 7,4%-ə, Norveçin payı isə 9%-dən 12,5%-ə kimi artıb. Digər ölkələrin payı isə 23,7%-dən 25,3%-ə yüksəlib. Buna səbəb isə ötən il Ukrayna ilə müharibə səbəbindən Rusiya qazına tətbiq edilən sanksiyalar olub. Belə ki, Rusiya Avropa bazarındakı payı 34,1%-dən 19,5%-ə kimi azalıb. Rusiya ilə yanaşı, Əlcəzair də bazar payını nisbətən itirib ( 20,2%-dən 18,5%-ə enib).

Short URL: http://www.cumhuriyyet.net/?p=191258

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930