Naxçıvanda azad iqtisadi zona yaradılır

05.06.2023 - 15:32

Naxçıvan MR-da azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur.

Cumhuriyyet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, bu məsələ üzrə əsas icraçı qurum İqtisadiyyat Nazirliyi, digər icraçı qurum isə Dövlət Gömrük Komitəsidir.

İlkin olaraq azad iqtisadi zonanın yaradılması ilə bağlı layihənin hazırlanması, daha sonra azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülməsi, yekun olaraq isə ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan MR iqtisadiyyatının inkişafı planlaşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=191875

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930