“Taxıl sazişi”nə qayıtmaq üçün Qara dəniz təşəbbüsünün yerinə yetirilməsini gözləyirik” – Rusiya XİN

05.08.2023 - 17:15

“Rusiya “Taxıl sazişi”nə qayıtmaq üçün Qara dəniz təşəbbüsünün ikinci hissəsinin yerinə yetirilməsini gözləyir”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib.

O, bunu teleqram kanalında ABŞ Dövlət Departamentinin Moskvanın “Taxıl sazişi”nə qayıtması üçün mövqeyini açıqlamaq barədə xahişinə cavablandırarkən deyib: “Biz Qara dəniz təşəbbüsünün ikinci hissəsinin yerinə yetirilməsini gözləyirik. Bütün bunlar sənəd üzərində əks olunub və BMT Baş katibi tərəfindən təsdiq olunub. Əgər Rusiya XİN-in informasiya saytı kifayət etmirsə, o zaman ABŞ səfirliyi əlavə izahat üçün müraciət edə bilər”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Qərb ölkələri tələblərini yerinə yetirən kimi Moskvanın “Taxıl sazişi”nə qayıtmağa hazır olduğunu bildirib. Söhbət Rusiya Federasiyasından kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına qarşı sanksiyaların ləğvindən, “Rosselxozbank”ın və ya onun törəmə qurumunun SWIFT-ə qoşulmasından, Rusiya taxılının daşınması üçün gəmilərin pulsuz nizamnaməsindən gedir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=194218

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930