Türkiyə taxıl sazişini əvvəlki formatda bərpa etmək üçün fəal səy göstərir

06.08.2023 - 12:42

Türkiyə taxıl sazişini əvvəlki formatda bərpa etmək üçün fəal səy göstərir və Ukraynadan taxıl ixracı üçün alternativ variantları dəstəkləmir. “Report” xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri bildirib.

“Türkiyə alternativ marşrutların yaradılması təkliflərini alqışlamır”, – nəşr yazıb.

Nəşr qeyd edir ki, Ankarada mövcud taxıl dəhlizinin fəaliyyətini bərpa etmək ümidi ilə BMT, Rusiya və Ukrayna nümayəndələri ilə diplomatik təmaslar davam edir. Ankaranın mövqeyi ondan ibarətdir ki, taxıl sazişinin bərpası onun əsas missiyasının həyata keçirilməsinə töhfə verəcək və Qara dəniz hövzəsində gərginliyi azaldacaq.

Qeyd edək ki, avqustun 5-də Ukrayna və Türkiyənin xarici işlər nazirləri Dmitri Kuleba və Hakan Fidan arasında reallaşan telefon danışığında taxıl sazişinin bərpası istiqamətində addımlar müzakirə edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=194258

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728