Azərbaycana gələn turistlərin sayı 37% artıb

08.08.2023 - 18:11

Ötən ay ölkəyə 224 826 nəfər gəlib.

Cumhuriyyet.net Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çox olub. Belə ki, ötən ilin iyulunda ölkəyə 193 416 nəfər səfər edib.

Bu ilin 7 ayı ərzində isə ölkəyə gələnlərin sayı 1 144 122 nəfər təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (832 186 nəfər) 37 faiz çox olub.

Ötən ay gəlmə sayına görə, Rusiya (72 432), Türkiyə (31 269), Səudiyyə Ərəbistanı (21 908), İran (14 473) və Gürcüstan (8 692) ilk beşlikdə yer alıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin iyulunda Yaxın Şərqdən gələnlərin sayında 12 faiz azalma qeydə alınıb.

Gəlmə sayına görə ən çox artım isə Şimal Şərqi Asiyanın (395%) payına düşüb.

Pandemiyadan əvvəlki illə müqayisədə Türkiyə (9 faiz), Cənubi Asiya (18 faiz), Afrika (34 faiz) və Cənub Şərqi Asiyadan (15 faiz) gələnlərin sayında artım olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=194335

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930