Azərbaycan qeyri-neft ixracını 18 faiz artırıb

10.08.2023 - 17:56

Bu ilin yanvar-iyul aylarında Azərbaycan iki milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,8% çoxdur.

Təkcə iyulda isə qeyri-neft ixracının dəyəri 233,2 milyon ABŞ dolları olub ki, bu da bir il əvvələ nisbətən 0,4% çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3% artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.
Son bir ildə Azərbaycan elektrik enerjisi ixracını 5,5 dəfə, spirtli və spirtsiz içkilərin ixracını 4,4 dəfə, şəkər ixracını 53,1%, meyvə-tərəvəz ixracını isə 46,6% artırıb.

Yeddi ay ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 540,2 milyon ABŞ dolları təşkil edib ki, bu da 10,6% artım deməkdir. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə ötən ilin eyni dövrü ilə müqayisədə 41,3% artaraq 119,4 milyon ABŞ dolları təşkil edib.

Ötən ay yeyinti məhsulları üzrə ixracın dəyəri 60,1 milyon ABŞ dolları (2,7% az), qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə 173,2 milyon ABŞ dolları (1,5% çox) olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=194477

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728