Un və çörək ucuzlaşır – Qiymətlər

18.08.2023 - 21:51

Azərbaycanın idxal etdiyi buğdanın ucuzlaşması ölkəmizdə un və çörək qiymətlərinin aşağı düşməsinə səbəb olub.

Cumhuriyyet.net xəbər verir ki, 2023-cü ilin martından başlayaraq bu məhsulların dəyərində tədricən enmə müşahidə edilir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, buğda ununun bir kiloqramının orta qiyməti fevralda 1,59 manat olduqdan sonra martda 1,58 manata, iyunda 1,56 manata, iyulda 1,54 manata düşüb.

Unun ucuzlaşması buğda çörəyinin qiymətinin də enməsinə səbəb olub. Buğda çörəyinin bir kiloqramının qiyməti fevralda 1,34 manata yüksəldikdən sonra iyunda 1,3 manata, iyulda 1,27 manata qədər azalıb.

Əhalinin daha çox hissəsinin istehlak etdiyi 600 qramlıq dairəvi çörəyin (“zavod” çörəyi) qiyməti hazırda 60 qəpikdir. Bu ilin əvvəlində dairəvi çörəyin qiyməti 70 qəpiyə yüksəlmişdi.

Ucuzlaşma əlaməti çovdar və qarışıq undan bişirilən çörəklərdə, həmçinin lavaşda da qeydə alınıb. Lakin bu növ çörəklərdə ucuzlaşma buğda unundan bişirilən çörəkdə olduğu qədər yüksək olmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=194736

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728