İri dövlət müəssisələrində dövlətin payı azaldılacaq
Dövlət satınalmaları ilə bağlı şəffaflığın təmin edilməsi üçün tədbirlər davam etdirilir.
Cumhuriyyet.net xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, investisiya təşviqi şərtləri ölkə başçısının tapşırığı ilə dəyişdirilib: “Hazırda strateji valyutanın təşviqi ilə bağlı işlər aparılır. Həm təşviqlər, həm yeni alətlərin hazırlanması və tətbiq edilməsi çox zəruridir. Qarşımızda duran digər əsas məsələlərdən biri iri dövlət müəssisələri, səhmlərində dövlətin payı olan müəssisələr tərəfindən dividend ödənişinin artırılmasıdır. Bu istiqamətdə müsbət dinamika müşahidə edilir. 2023-cü ildə 87 dövlət mülkiyyətində olan torpaq sahələri özəlləşdirilib. Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş 8 iri dövlət müəssisəsinin sağlamlaşdırılması, özəl investisiyaların cəlb edilməsi məqsədilə həmin müəssisələrdə dövlətin payının azaldılması istiqamətində tədbirlər həyata keçirilir. Bununla əlaqədar beynəlxalq məsləhətçilərlə məsləhətləşmələrə başlanıb, təkliflərin hazırlanması üçün işlərə başlanıb”.
Short URL: http://www.cumhuriyyet.net/?p=196767