Gömrük prosesi sadələşdirildi: keçid məntəqələrində korrupsiya azalacaq?..

08.01.2024 - 12:08

“2016-cı ildən sonra gömrükdə görülən işlər, şəffaflığın, hesabatlılığın artması, gömrüyün sahibkarlara, vətəndaşlara xidmət sahəsində xidmətin təkmilləşməsi, cavabdehliyi artması prosesini müsbət qiymətləndirirəm”. Bu sözləri iqtisadçı-ekspert Xalid Kərimli Dövlət Gömrük Komitəsində baş verən yenilikləri Poliqon-a şərh edərkən qeyd edib.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə Azərbaycanda sahibkarlar üçün gömrük rəsmiləşdirilməsi prosesi sadələşdirilib. Bundan sonra sahibkarlar e.customs.gov.az portalı vasitəsilə malların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasının (TN FEA) kodunu əvvəlcədən müəyyən edə biləcəklər. Bu dəyişikliyi nə qədər pozitiv addım adlandırmaq olar və dəyişiklik keçid məntəqələrindəki korrupsiyanın azalmasına yol aça bilərmi? Ümumiyyətlə, Komitədə baş verən kadr dəyişikliklərindən sonra gömrük qurumlarının fəaliyyətini necə dəyərləndirmək olar?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Xalid Kərimli ilə müzakirə edib. Vergi ödəyicilərinin gömrükdən mallarını keçirəndən özlərinə uyğun olan şəkildə çox rahat rəsmiləşmələri həyata keçirdiklərini vurğulayan ekspert Poliqon-a bildirib ki, bütün bunlar şəffaflığın artması, elektronlaşmada korrupsiyanın azalmasına təsir göstərir:

“Təbii ki, gömrük rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsi, elektronlaşdırılması həm qeyri-şəffaflığı azaldır, həm də vergi ödəyicilərinə xidməti rahatlaşdırır. Vergi ödəyiciləri gömrükdən mallarını keçirəndən özlərinə uyğun olan şəkildə çox rahat rəsmiləşmələri həyata keçirirlər. Bütün bunlar şəffaflığın artması, elektronlaşmada korrupsiyanın azalmasına təsir göstərir.

Mən Dövlət Gömrük Komitəsində baş verən kadr dəyişikliklərini müsbət qiymətləndirirəm. Ümumiyyətlə, 2016-cı ildən sonra gömrükdə görülən işlər, şəffaflığın, hesabatlılığın artması, gömrüyün sahibkarlara, vətəndaşlara xidmət sahəsində xidmətin təkmilləşməsi, cavabdehliyi artması prosesini müsbət qiymətləndirirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=197280

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930