“Ağ dollar” pulu olanların “qara gün”ləri: Banklar “əsassız” rədd edir, vətəndaş təşvişə düşür

30.01.2024 - 12:13

Azərbaycanda açıq rəngdə olan ABŞ dolları əsginaslarının dəyişdirilməsindəki problem barədə yazmışdıq. Banklar “ağ dollar”ları yaxın buraxmamağa başlayıb. Həmin əsginasları satmaq müşkül məsələyə çevrilib. Banklar heç bir əsas gətirmədən “ağ dollar”ı dəyişə bilməyəcəyini deyirlər. Buna görə hətta müştərilərlə mübahisə yaranır. Çünki köhnə əsginasların daha qəbul edilməməsiylə bağlı rəsmi qərar yoxdur. Hətta ABŞ-da belə, məsələ müzakirəyə çıxarılmayıb. Bizimyol.info xəbər verir ki, ölkədə dollar təşvişi artır. İnsanlar “ağ dollar”ların dəyişdirilməməsinə görə həyəcan keçirir. Sosial platformalarda məsələ geniş müzakirə olunur. Valyutanı dəyişə bilməməsini yazanlar çoxalıb. Hüquqşünasların yer aldığı qruplarda belə, insanlar məsləhətə ehtiyac duyduğunu yazırlar.

Əhali daha çox nədən ehtiyatlanır? Əlbəttə ki, devalvasiyadan. Manatın növbəti dəfə dəyər itirməsi ağır zərbə olar. Məhz son iki devalvasiyadan sonra əhalinin sosial vəziyyəti çətinləşib. Müəyyən dollar qıtlığı ciddi təşvişə səbəb olur. 2015-ci il Azərbaycan üçün iqtisadi mənada ağır keçmişdi. İl ərzində iki dəfə devalvasiya baş tutmuşdu. Əvvəlcə manat 34 faizə qədər dəyər itirmişdi. İlin sonunda isə devalvasiya göstəricisi 50 faizə yaxınlaşmışdı. Beləcə, manatın dəyəri iki dəfəyə yaxın aşağı düşmüşdü. Sonradan üzən məzənnə özünü müəyyən mənada göstərdi. Manatın ümumi dəyər itirməsi 100 faizi keçdi.

Ölkədə insanlar devalvasiyadan çox qorxur. Çünki əhalinin alıcılıq qabiliyyəti olduqca aşağı düşür. Ölkə idxaldan çox asılıdır. Azərbaycana gələn məhsulların qiyməti bu halda çox yüksəlir. Əhali panikaya düşür, banklardakı əmanətlərini kütləvi şəkildə götürməyə başlayır. Kiçik və orta biznes böhran dövrünə qədəm qoyur. Üstəlik, indi Azərbaycan iqtisadiyyatı yaxşı günlərini yaşamır. Neft hasilatı və gəlirləri azalır. Əhali bu amilə görə də manata bel bağlamır.

Bəs 2024-cü ildə devalvasiya olacaqmı?

Suala cavab vermək çətindir. Böyük ehtimalla ilin ilk rübündə heç nə baş verməyəcək. Ən azı prezident seçkiləri ərəfəsində və bundan dərhal sonra belə ağır qərarın verilməsi inandırıcı görünmür. Azərbaycan hökuməti mümkün qədər manatın gücünü qorumağa çalışacaq. Amma neft gəlirlərinin azalması özünü zamanla göstərə bilər. Neftin qiymətindən də çox şey asılıdır. Hələlik qiymət kritik həddə deyil. Buna görə də yaxın gələcək üçün narahatlığa ciddi əsas yoxdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198192

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031