Hər bir Azərbaycan vətəndaşının bu qədər borcu var – Rəsmi

01.03.2024 - 15:59

Bu ilin yanvar ayının 1-nə olan məlumata görə Azərbaycanın dövlət borcu 26 milyard 850,4 milyon manat olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycanın dövlət borcu 2023-cü ildə qeydə alınan ÜDM-nin 21,8%-nə bərabər olub. Qeyd edək ki, ümumi dövlət borcunun 10 milyard 984 milyon manatı (6 milyard 461,2 milyon dollar) xarici borclar, 15 milyard 866,4 milyon manatı isə daxili borclar olub.

Bu ilin yanvar ayının 1-də Azərbaycan əhalisinin 10 milyon 181 min nəfər olduğunu nəzərə alsaq, adambaşına düşən borc 2 min 637 manata bərabər olur. Bunun 1 079 manatını adambaşına düşən xarici borc təşkil edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=199011

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728