Azərbaycanda ciddi bank böhranı gözlənilir

28.03.2015 - 10:30

Vətəndaşlar kredit borclarını ödəmək iqtidarında deyil
bank1-300x203Azərbaycanda bank böhranı gözlənilir. Bank sektorunda çalışan, adının çəkilməsini istəməyən mənbəmiz bildirir ki, manatın devalvasiyasından sonra kreditlərin verilməsində ciddi problem yaranıb. Mənbənin sözlərinə görə, Azərbaycanda kredit ödənişində həmişə problem olub.
“Ölkədə 2.5 milyon nəfər kredit götürüb. Onların götürdüyü məbləğ toplam olaraq 18 milyard manat təşkil edir. Hesablamalara görə, hər götürülən kreditin 18 manatdan 1 manatı ödənilməmiş qalıb. 2009-cu ildə ödənilməyən kredit borcu 303 milyon, 2010-cu ildə bu məbləğ artaraq 493 milyon, 2011-ci ildə 634 milyon, 2012-ci ildə 749 milyon, 2013-cü ilin 11 ayının nəticələrinə görə 800 milyondan artıq, 2014-cü ilin 11 ayının nəticələrinə görə 970 milyon, 2015-ci ilin yanvar ayının nəticələrinə görə isə 1 milyard manat ödənilməmiş kredit borcu var. Göründüyü kimi hələ 2009-cu ildən ödənilməyən kredit borclarının artması tendensiyası müşahidə olunur. Hazırda Azərbaycanda ciddi iqtisadi böhranla üz-üzədir. Əgər vətəndaşlar böhrandan illər əvvəl, hakimiyyətin iqtisadi inkişafdan danışdığı zaman kredit borcu ödəyə bilməyiblərsə, indiki vaxtda bu problemin daha da dərinləşəcəyini söyləmək olar. Yeri gəlmişkən, hesablamalara görə manatın devalvasiyasından sonra dollarla götürülən kreditlərin üzərinə təxminən 1.7 milyard manat əlavə pul gəlib. Bu o deməkdir ki, vətəndaşlar götürdükləri borcdan xeyli artıq pul ödməlidir. 1.7 milyard həmin ödəniləcək əlavə məbləğin cəmidir. Lakin müşahidələr göstərir ki, vətəndaşlar dollarla götürdükləri kreditləri hazırki kursla ödəməkdə ciddi çətinlik çəkir.
Hesablamalar göstərir ki, bir neçə aya ödənilməyən kredit borclarının məbləği 2-3 milyarda çatacaq ki, bu da bankların çöküşünə səbəb ola bilər”.
Mənbəmiz həmçinin dollarla götürülən kreditlərə diqqət çəkib”.

Short URL: http://www.cumhuriyyet.net/?p=19944

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728