Problemli sığorta şirkətləri məhkəməyə verildi – SİYAHI

01.04.2024 - 11:15

Ölkədə kifayət qədər sığorta şirkəti var. Bu sığorta şirkətləri ilə bağlı mütəmadi narazılıq və şikayətlər gündəmə gəlir. Şikayətlər bəzən adi narazılıq şəklindən çıxır və məhkəməyə qədər uzanır. Bunu ay ərzində onlarla məhkəmə çəkişməsi olan sığorta şıirkətlərinin sayı da təsdiqləyir. Elə bir sığorta şirkəti yoxdur ki, sürücülər tərəfindən məhkəməyə verilməsin. Bu sığorta şirkətləri sürücülərlə bağladıqları müqavilələrə baxmayaraq istənilən qəza anında qarşı tərəfə dəymiş zərərin ödənilməsini gecikdirir, ya müəyyən bəhanələrlə ödəmir, ya da məbləği az hesablayır. Bu da sürücülərin təbii narazılığına səbəb olur.

Tribunainfo.az aprel ayı ərzində ən çox məhkəməyə verilən sığorta şirkətlərinin adlarını müəyyənləşdirib. Bu dəfə də siyahıya “Atəşgah Sığorta” liderlik edir. Bu sığorta şirkəti ölkədə ən çox şikayət olunan, narazılıq yaradan sığorta şirkətidir. Təkcə aprel ayında bu şirkətlə bağlı məhkəmədə 50 prosesə baxılacaq.
Aprel ayında məhkəmə çəkişməsi olan sığorta şirkətlərini təqdim edirik:

“Atəşgah Sığorta” – 50 məhkəmə
“Azsığorta” – 35 məhkəmə
“Xalq Sığorta” – 31 məhkəmə
“Bakı Sığorta” – 27 məhkəmə
“Atasığorta” – 17 məhkəmə
“Qala sığorta” – 16 məhkəmə
“Meqa Sığorta” – 13 məhkəmə
“Günay Sığorta” – 7 məhkəmə
“Azərbaycan Sənaye Sığorta” – 2 məhkəmə
“Qala Həyat Sığorta” – 1 məhkəmə
“A-Group” – 1 məhkəmə
“Standard Insurance” – 1 məhkəmə

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199802

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930