Azərbaycana hansı ölkələrdən nə qədər pul göndərilir? – Tam siyahı

04.04.2024 - 11:45

Ötən il Azərbaycanda yaşayan fiziki şəxslər xarici ölkələrə 550 milyon 126 min dollar, xaricdə yaşayan  fiziki şəxslər isə Azərbaycana 1 milyard 654 milyard 815 min dollar dəyərində pul göndəriblər. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 2022-ci illə müqayisədə 2023-cü ildə Azərbaycanda yaşayan fiziki şəxslər xarici ölkələrə göndərdikləri pullar 17,3% və ya 114,7 milyon dollar, xaricdə yaşayan fiziki şəxslərin Azərbaycana göndərdikləri pullar isə 2,2 dəfə və ya 1,97 milyard dollar azalıb.
Ötən il Azərbaycandan xaricə göndərilən pulların 26,6%-i və ya 146,1 milyon dolları Türkiyənin, 13,5%-i və ya 74,2 milyon dolları Rusiyanın, 10,7%-i və ya 58,8 milyon dolları Gürcüstanın payına düşüb.
Xarici ölkələrdən yaşayan fiziki şəxslər tərəfindən Azərbaycana göndərilən pulların isə 63,3%-i və ya 1 milyard dolları Rusiyanın, 9,9%-i və ya 164,3 milyon dolları Türkiyənin, 4,5%-i və ya 73,8 milyon dolları ABŞ-nin payına düşüb.
Onu da qeyd edək ki, 2022-ci ildə Azərbaycana göndərilən pulların 82%-i və ya 2 milyard 969 milyon dolları Rusiyadan daxil olub. Son bir ildə Rusiyadan Azərbaycana göndərilən pullar təxminən 3 dəfə azalıb.
Azərbaycana gələn və Azərbaycandan göndərilən pulların tam siyahısı aşağıdakı kimidir:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199918

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930