“Azəriqaz”ın gizli sayğac oyunu: “SMART tipli sayğacların bloklanmasına tapşırıq verilib”
“Qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı qaydalar var. Bu qayda və standartlara əsasən, istismarda olan sənaye qaz cihazları 3 ildə bir dəfə, məişət qaz sayğacları isə 5 ildə bir dəfə dövri yoxlamadan keçməlidir. Bu müddətə uyğun olaraq sayğaclar, “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən quraşdırıldıqları ünvanlardan sökülərək, Birliyin Metrologiya Departamentinə təqdim edilir”.
Mia.az xəbər verir ki, bu sözləri “Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.
Komitə sədri qeyd edib ki, yoxlama nəticəsində istismara yararlılığı müəyyən olunan sayğaclar yenidən istifadə oluna bilər: “Ancaq daxil olan məlumata görə, hazirda “Azəriqaz” İB-nin Hacıqabul Xidmət Sahəsində bir neçə günə şəhər mərkəzində nə qədər SMART tipli sayğac var, hamısının bloklanması barədə tapşırıq verilib. Bu sayğaclar 2017-də quraşdırılan Smart tipli sayğaclardır. Haziırda Xidmət Sahəsinə Gəncə Cihazqayırma istehsalı olan mexaniki tipli sayğacların gətirildiyi bildirilir. Məsələ gizlin saxlanılır ki, insanlar indidən sayğaca pul yükləsinlər. Yəni qışa saxlamasınlar. Smart Zenner markalı sağaclar isə dəyişdirilmir, guya beş ilini tamamlamayıb”.
M.Qəhrəmanlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək, məsələyə müdaxilə olunmasını istəyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=200365