Deputat SEVİNDİRİCİ XƏBƏRİ verdi – Pensiyalarımız…

24.05.2024 - 11:28

“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinə əlavə və dəyişikliklər ediləcək. Büdcəyə olan dəyişikliklərə əsasən, DSMF-nin xərcləri 30 milyon manat artırılacaq”.

Bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bunlardan 25 milyon manat əmək pensiyalarının istifadə olunması üçün istifadə olunacaq:

“Bu o deməkdir ki, 2024-cü ilin növbəti dövründə pensiyaların ödənilməsi üçün nəzərdə tutulan xərclər öncədən proqnozlaşdırılan xərclərlə müqayisədə daha çox olacaq. Bu istiqamətəə daha çox vəsait ayrılacaq.

25 milyon manatlıq vəsaitin ayrlması pensiyaların məbləğinə və ödənişlərinə necə təsir edəcəyi dəyişikliklər təsdiq olunduqdan sonra bilinəcək.

Təqdim olunan layihə göstərir ki, DSMF-nin xərclərində artımlar olacaq ki, bu da pensiyaya daha çox vəsaitin ayrılmasına gətirib çıxaracaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=200475

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031