Məşhur şirkətin 8 milyon borcu var – Səfər Mehdiyevə bağlı olduğu deyilir

25.05.2024 - 11:20

Azərbaycanın ən böyük ixrac şirkətlərindən biri olan “Almeyvə” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 8 milyon manata yaxın vergi borcu var.

Bununla bağlı qaynarinfo-ya daxil olan məlumata görə, “Almeyvə” şirkətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 7.984.822,96 manat vergi borcu yaranıb.

Artıq şirkətin qanuni təmsilçisi Quliyev Rəşid Yusif oğlunun ölkədən çıxışına stop qoyulub.

“Almeyvə” MMC Dövlət Vergi Xidmətinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. İşə hakim Günel Abbasovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən şirkətin Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevə bağlı olduğu iddia edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=200545

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930