Maaş və pensiya artımları belə olacaq? – Detallar açıqlandı

25.05.2024 - 13:45

Əməkhaqlarının, pensiyaların və digər ödənişlərin artırılması məsələsinə büdcə dürüstləşdirilməsi zamanı baxıla bilər. Təbii ki, bu kimi ödənişlərin artırılması hər zaman dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin də dediyi kimi “bizim siyasətimizin mərkəzində vətəndaşın sosial rifah halı dayanır”.

Ölkə.az Teleqraf.com-a istinadən bildirir ki, bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib. O qeyd edib ki, pensiyaların, müavinətlərin, əməkhaqlarının artımı hər il baş verir: “Bu proses davam edir. Eyni zamanda prioritetlərə də baxmaq lazımdır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxlu vəsait xərclənir, yenidən məskunlaşma üçün böyük layihələr ica edilir. Məqsəd odur ki, tez bir zamanda keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıtsınlar. Ona görə də, vəsaitin böyük bir hissəsi bu ərazilərin bərpasına yönəlib”.

Komitə sədri məvaciblərin artımında infilyasiya amilinin nəzərə alınmasına münasibət bildirib:
“Hazırda ölkəmizdə infilyasiyanın səviyyəsi o qədər də çox deyil. Ötən ilə baxanda infilyasiya xeyli aşağı düşüb. Ondan öncəki illə müqayisədə faktiki olaraq infilyasiya iki rəqəmli həddən bir rəqəmli həddədir”.

Musa Quliyev büdcə dürüstləşməsi zamanı ödənişlərin atımı ilə bağlı gözləntilərə də toxunub:
“Hər bir millət vəkili istəyər ki, xalqımızın rifah halı daha yüksək olsun. Sözsüz, bu maliyyə imkanlarına bağlı məsələdir. Burada hökumətin də vəziyyəti nəzərə alınmalıdır. Arzu odur ki, büdcə dürüstləşməsi zamanı müəyyən artımlar nəzərə alınsın. Biz buna çox ümid edirik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=200597

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31