Un və çörək məhsulları ilə bağlı yeni qaydalar qəbul olunub

29.05.2024 - 16:25

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kollegiyası tərəfindən “Buğda ununa dair sanitariya norma və qaydaları” və “Çörək məhsullarına dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edilib.

Yeniavaz.com xəbər verir ki, qaydalarda buğda ununa və çörək məhsullarına dair təhlükəsizlik və minimum keyfiyyət tələbləri öz əksini tapıb. “Buğda ununa dair sanitariya norma və qaydaları”nda maksimum nəmlik, kül miqdarı, minimum zülal miqdarı, düşmə ədədi kimi göstəricilər üzrə tələblər yer alıb. “Çörək məhsullarına dair sanitariya norma və qaydaları”nda isə buğda çörəyi və çörəyin xüsusi növləri (çovdar çörəyi, qarğıdalı çörəyi, yulaflı çörək və s.) təsbit edilib.

Bununla yanaşı, bu qaydalarda çörək məhsullarında duzun maksimum miqdarı da tənzimlənib. Belə ki, buğda çörəyi və çörəyin xüsusi növlərində duzun maksimum miqdarı quru maddəyə əsasən ən çoxu 1,5% həddində müəyyənləşdirilib. Adıçəkilən hər iki Qayda (https://afsa.gov.az/storage/pages/9099/47-bugda-ununa-dair-sanitariya-norma-ve-qaydalarinin-ve-corek-mehsullarina-dair-sanitariya-norma-ve-qaydalarinin-tesdiq-edilmesi-haqqinda.pdf) 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcəkdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=200748

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031