Yelo Bankdan yarım milyard pul geri çəkildi – Müştərilər üz çevirir?

31.05.2024 - 11:37

2024-cü ilin birinci rübündə” Yelo Bank” ASC-nin depozitlərinin həcmi 837 milyon 248 min manat olub. Valyuta.az bu barədə “Yelo Bank”ın maliyyə hesabatına istinadən xəbər verir. Belə ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 454 milyon 775 min manat, yaxud da 35,2 % azdır. 2023-cü ilin sonunda “Yelo Bank”ın depozitlərinin həcmi 1 milyard 292 milyon 23 min manat olub.

2024-cü iln yanvar-mart aylarında “Yelo Bank”da fiziki şəxslərin depozitlərinin həcmi 623 milyon 485 min manat təşkil edib, bu, 2023-cü ilin sonu ilə müqayisədə 10 % çoxdur.
Bu ilin yanvar-mart aylarında “Yelo Bank”da hüquqi şəxslərin depozitlərinin həcmi 213 milyon 762 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 506 milyon 833 min manat yaxud da 70,3% azdır.

Hüquqi şəxslərin depozitlərinin həcmi 2023-cü ilin sonunda 720 milyon 595 min manat olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=200805

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930