Azərbaycanın neft hasilatı azalacaq? – Mühüm toplantı

03.06.2024 - 11:42

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda 37-ci iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib.

İclasda mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilədək uzadılması ilə bağlı qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib. Yeni qərar “OPEC plus” ölkələrində mövcud xam neft istehsal səviyyəsinin gələn il sabit saxlanılmasını, üç müstəqil mənbə tərəfindən istehsal göstəricilərinin qiymətləndirilməsinin 2025-ci ilin noyabrın sonuna qədər uzadılmasını və bu nəticələr əsasında 2026-cı il üçün yeni baza səviyyəsinin müəyyənləşdirilməsini nəzərdə tutur.

Yeni qərara uyğun olaraq gələn il Azərbaycanın 551 min barrel həcmində gündəlik xam neft hasilat kvotası dəyişməz qalır.  Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=200937

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31