Ət mafiyasının sabotajı: Azərbaycanda mal ətinin topdansatış qiyməti 5 manatdır – Rəsmi

21.06.2024 - 13:20

Ötən il Azərbaycanda kənd təsərrüfatı müəssisələri tərəfindən 5 milyon 879 min 200 kiloqram, fərdi sahibkarlar tərəfindən isə 707 min 600 kiloqram mal-qara əti satılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, kənd təsərrüfatı müəssisələri tərəfindən satılan ətin 1 kiloqramının maya dəyəri 4,3 manat, fərdi sahibkarlar tərəfindən istehsal olunan ətin 1 kiloqramının maya dəyəri isə 6,4 manat olub.
Qeyd edək ki, kənd təsərrüfatı müəssisələri mal-qara ətinin 1 kiloqramını 5,1 manata, fərdi sahibkarlar isə mal-qara ətinin 1 kiloqramını 7,7 manata satıblar.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda sümüklü mal ətinin pərakəndə satış qiyməti orta hesabla 14 manat, sümüksüz mal ətinin (tikə) pərakəndə satış qiyməti isə 16 manat olub.
Açıqlanan rəqəmlərdən də göründyü kimi, mal ətinin topdansatış qiyməti ilə pərakəndə satış qiyməti arasında 3 dəfəyə yaxın fərq var.

Short URL: http://www.cumhuriyyet.net/?p=201576

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930