Parlament büdcəyə dəyişiklikləri təsdiqlədi

25.06.2024 - 13:24

Milli Məclisdə “2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Modern.az xəbər verir ki, sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Dəyişikliklərdə 3 milyard 796 milyon manat məbləğində yeni xərclərin həyata keçirilməsi nəzərdə tutulub. Həmin xərclərin bir sıra prioritet istiqamətlərə yönəldilməsi nəzərdə tutulur. Bura işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işləri (1 milyard 160 milyon manat), ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması (807 milyon manat), infrastruktur və digər layihələrin maliyyə təminatı (1 milyard 184 milyon manat), beynəlxalq fəaliyyət üzrə tədbirlərin maliyyələşdirilməsi və digər zəruri xərclər (499 milyon manat), zəruri əsaslı xərclər, təmir və sair (146 milyon manat) daxildir.

Yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq, 3 milyard 354 milyon manata çatdırılır.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=201779

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930