Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? – Tam siyahı

05.07.2024 - 12:02

Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 9 min 766,6 ton “Aİ-92” markalı (“Regular”), 27 min 865,8 ton “Aİ-95” markalı (“Premium”) benzin idxal edilib.

Yeniavaz.com-un rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, Azərbaycanın xaricdən idxal etdiyi “Aİ-92” markalı benzinin 1 litrinin orta gömrük dəyəri 61 sent (1,04 manat), “Aİ-95” markalı benzinin 1 litrinin orta gömrük dəyəri isə 75 sent (1,28 manat) olub.

Məlumat üçün bildirək ki, Azərbaycan “Aİ-92” markalı benzini yalnız Rusiyadan idxal edib. “Aİ-95” markalı benzin isə 6 ölkədən gətirilib:

Rusiyadan – 11 min 645,5 ton (1 litri – 1,21 manata);
Belarusdan – 8 min 249,6 ton (1 litri – 1,30 manata);
Yunanıstandan – 4 min 254,2 ton (1 litri – 1,40 manata);
Rumıniyadan – 1 645,3 ton (1 litri – 1,37 manata);
Bolqarıstandan – 1 288,3 ton (1 litri – 1,47 manata);
BƏƏ – 782,8 ton (1 litri – 1,16 manata).

Onu da qeyd edək ki, iyul ayının 1-dən etibarən Azərbaycanda “Aİ-92” markalı benzinin qiyməti 1 manatdan 1,10 manata qaldırılıb. Ayın 15-dən etibarən isə “Aİ-95” markalı benzinin qiymətinin 2 manatdan 1,6 manata endiriləcəyi gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=202365

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031