“Bank Respublika“nın rəhbərliyi nə qədər qazanır? – ŞOK Məbləğ

05.07.2024 - 12:18

“Bank Respublika”nın rəhbərliyi 2023-cü ildə 4 milyon 181 min manat gəlir əldə edib. “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, bu da 2022-ci ilə nisbətən 40% və ya 1 milyon 191 min manat çoxdur. Belə ki, 2022-ci ildə bankın rəhbərliyinin gəlirləri 2 milyon 990 min manat təşkil edib. Ödənişlərin 3 milyon 626 min manatı işçilərə ödənilən əməkhaqqı, 555 min manatı isə pensiya və digər ayırmalardır. 2022-ci il bu rəqəm müvafiq olaraq 2 milyon 803 min manat və 187 min manat təşkil edib. Bu məbləğə Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri ilə bağlı nağd və nağdsız ödənişlər daxildir.

Hazırda bankın Müşahidə Şurasında 5, İdarə Heyətində isə 3 nəfər təmsil olunur. Bu isə o deməkdir ki, bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta aylıq gəliri 43,5 min manat, orta illik gəliri isə 522,6 min manat təşkil edib. 2022-ci il üzrə bu rəqəm müvafiq olaraq 31,1 min və 373,7 min manat olub. Qeyd edək ki, “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov (səhmdar), üzvləri Yohannes Meynhardt, İrina Şmidt, Elçin Quliyev (səhmdar) və Steffan Karstendir. Bankın İdarə Heyətinin sədri Tariyel İsmayılov, sədr müavinləri – Elnur Həsənov və Aslan Abasovdur.

Xatırladaq ki, “Bank Respublika” ASC 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 90,25% Quliyev qardaşlarına, 5,45%-i bankın Müşahidə Şurasının sədri Şakir Rəhimova, 4,22%-i “Sparkassen International Development Trust”, 0,08%-i isə digər səhmdarlara aiddir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202371

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031