Manat bir az da ucuzlaşa bilər – Elman Rüstəmov xəbərdarlıq etdi

01.04.2015 - 14:19
“Neftin qiyməti kəskin düşəcəyi təqdirdə manat buna adaptasiya olacaq”
manat“Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsində hər-hansı ciddi dəyişiklik gözləmir”. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
“Azərbaycanda kəskin devalvasiya gözlənilmir. Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiymətinin kəskin aşağı düşəcəyi halda, manat buna adaptasiya olacaq. Lakin bu gün əksər iri maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Bizim də cari il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır”, – deyə o bildirib.
E. Rüstəmov qeyd edib ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti “50 dollara hesablanacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=20641

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728