TANAP-da işləyən 20 türkiyəli işçi pullarını ala bilmir: “Sayın Ərdoğan, acıq…” – (Fotolar)

02.04.2015 - 14:40

rrAzərbaycan qazını Türkiyəyə nəql edəcək TANAP qaz kəmərinin tikintisində iştirak edən türk podratçı şirkətlərindən biri 2 aydır ki, işlətdiyi işçilərin pulunu vermir. Bu haqda Türkiyə mətbuatı yazıb. Həmin işçilər TANAP-ın ortağı olan Türkiyə dövlət şirkəti BOTAŞ-ın seçdiyi podratçı şirkətlərdən biri olan AKYIL-dan pullarını ala bilmir və tətilə başladıqlarını elan ediblər.

Bildirilir ki, 20-yə yaxın işçi TANAP-ın təməlqoyma mərasimi üçün Qarsda inşa edilən mərasim çadırı, 3 vertolyot meydançası və s. tikinti işlərində çalışıblar. TANAP-ın təməlqoyma mərasimi fevralın 17-də Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçirilib.

Pullarını ala bilməyən işçilər Qarsda TANAP-ın tikintisini həyata keçirən şirkətin səhra ofisinin qarşısında piket keçiriblər. Evlərində yeməyə çörəkləri olmadığını deyən işçilər AKYIL firmasının səlahiyyətli şəxslərinin onları “bu gün get, sabah gəl” deyə dəfələrlə başlarından elədiklərini bildiriblər.

“Bu yalançı vədlərlə 2 ayı başa vurduq. Bəs pulumuzu kim ödəyəcək? AKYIL-da çalışdıq, BOTAŞ-ın inşaat sahəsinin tikintisini həyata keçirən podratçı firmada 18 nəfər işlədik. Parket, plitə döşədik, digər işlər gördük, pulumuzu ala bilmirik. Pulumuzu ödəyənə qədər heç bir iş görən deyilik”– deyə bordur daşı döşəyən usta İsa Karimiş bildirib.

O, prezident Rəcəb Tayyib Ərdoğana müraciət edib: “Kasıbıq, yoxsuluq, evimizdə yeməyə heç nə yoxdur. Pulumuzu ödə, sayın cümhurbaşqanım. Buraya açılışa gəlirsən, heç maraqlandınmı ki, əcəba, burada çalışan yoxsul vətəndaşım zəhmət haqqını alıbmı? Bu işin öhdəsindən gəlin, bizim pulumuzu ödətdirin”. İşçilər deyiblər ki, firma onları fevral ayında 30 dərəcə şaxtada işlədib, ancaq avans kimi həftəyə cəmi 50 türk lirəsi pul alıblar. Qalan pullarını isə ala bilmirlər.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=20805

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728