Füzuli Ələkbərob 60 min manat ziyana düşüb – AUDİT HESABATI

06.04.2015 - 01:21

fuzuli ələkbərovKeçmiş Əmək və əhalinin sosial inkişaf naziri Füzuli Ələkbərova məxsus olan “İmprotex” MMC qrup 2013-cü ilin yekunlarına görə, 58,8 min manat həcmində zərərlə üzləşib. Bu barədə audit edilmiş maliyyə hesabatında deyilir.

“Turan” yazır ki, konsolidə edilmiş maliyyə hesabatına görə,”İmprotex” MMC, həmçinin qrupun digər üç şirkəti (“İmprotex Motors”, “İmprotex Travel Tours and Conferences” və “İmprotex Transexpress”) əsas fəaliyyət növündən (BMV avtomobillərinin satışı və servisi, turizm xidmətləri) 3592 min manat gəlir əldə edib ki, bu da 2012-ci ildə olduğundan 12% azdır. Satışın maya dəyəri 3115,6 min manat təşkil edib. Lakin inzibati və digər xərcləri, həmçinin banklara faiz ödənişlərini nəzərə alsaq, qrup zərərlə üzləşib.

2013-ci ildə şirkət 351,8 min manat həcmində divident alıb. Çox güman ki, söhbət şirkətin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dəki payından gedir. Bu qrupun digər qurumu (“İmprotex” kiçik müəssisəsi) da ABB səhmdarları sırasında olub, lakin 2013-cü ildə ləğv edilib.

Dekabrın 31-nə olan vəziyyətə görə, “İmprotex” MMC-nin ödənilməmiş zərəri 824 min manatadək enib. 3 ildə qrupun maliyyə itkisi 1.280 min manat təşkil edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=21229

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031