Hesablama Palatasından qiymət artımına yol açacaq addım

07.04.2015 - 09:58

Qurum Tarif Şurasının səlahiyyətlərinin azaldılaraq, onun müxtəlif dövlət orqanlarına verilməsini təklif edir; təklif qəbul olunarsa, o zaman Tarif Şurası formal bir təsisata çevriləcək

bazarAzərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən malların, xidmətlərin qiymətlərinin tənzimlənməsi ilə bağlı qanunvericliyə bəzi dəyişikliklərin edilməsi təklif edilir. “Trend”in məlumatına görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə fəaliyyətinin hesabatında bildirilib. Hesabatda qeyd edilib ki, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən mallar (işlər və xidmətlər) üzrə vahid yanaşmanın mövcud olmaması bır sıra hallarda müvafiq malların (işlərin və xidmətlərin) qiymətlərinin düzgün formalaşmamasına və nəticə etibarilə vergilərin dövlət büdcəsinə səfərbər olmamasına təsir göstərir. Bunlar isə istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır.
“Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlər və xidmətlər) Siyahısı”na daxil olan malların, xidmətlərin qiymətlərinin yalnız Tarif Şurası tərəfindən deyil, müxtəlif dövlət orqanları tərəfindən tənzimlənməsinə səlahiyyətin verilməsi qanunvericlikdə bəzi dəyişiklikləri zəruri edir”.
Palata bunları nəzərə alaraq, qiymətlərin dövlət tənzimlənməsi sahəsində vahid yanaşmanın tətbiq olunması məqsədi ilə qanunvericilik aktlarına müvafıq dəyişikliklərin edilməsini təklif edir.
Bu təklifin hansı məqsəd daşıdığını və qəbul olunacağı təqdirdə nəylə nəticələnəcəyini araşdırmağa çalışdıq.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, əgər Tarif Şurasının əsasnaməsində dövlət sektorunda olan xidmətlərin satışı vahid sistem olaraq nəzərdə tutulubsa, o zaman hər bir dövlət qurumunun bir qiymət təklif etməsi həmin əsasnamə tələblərinin pozulması deməkdir. Çünki, dövlət sektorunda olan mal və xidmətlərin satış qiymətinin müəyyənləşməsi Tarif Şurasına həvalə edilib. Yeni təklif qəbul olunarsa, o zaman Tarif Şurası formal bir təsisata çevriləcək: “Yaxud iki funksiyalı bir sistem yaradılır. Nəticədə indiki mərhələdə ikili funksiyaları və paralel strukturları ləğv etmək əvəzinə daha çox qeyri-müəyyənliyə yol açan idarəçilik sistemi formalaşdırırıq. Ölkədə dövlət sektorunda olan bütün mal və xidmətlərin qiymətlərinin tənzimlənməsini Tarif Şurası səlahiyyətli qurum olaraq tənzimləməlidir. Çünki, Tarif Şurası mərkəzləşmiş qiymətlərin tənzimlənməsini həyata keçirməklə prezidentə tabe olan qurumdur”.
M.Talıblının sözlərinə görə, bütün dövlət sektorunda olan qurumlar qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edir. “Tarif Şurası isə həmin təklifi dəyərləndirərək qərar qəbul edir. Əgər indiki təklif qəbul olunsa, belə situasiya yaranacaq. Deyək ki, ”Azərsu” qiymət artımlarını özünün daxili qərarları hesabına təmin edəcək. Bu isə təbii inhisarçı şirkətlərin himayə olunan bazar oyunçuları kimi bazara girməsinə gətirib çıxaracaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=21509

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728