Qubad İbadoğlu həyacan təbili çaldı: “Valyuta ehtiyatımız sıfırlanacaq!”

08.04.2015 - 13:46

“Valyuta ehtiyatlarımız manatın sabitliyi üçün tam xərclənə bilər”

qubadibadoqlu“Bayram və istirahət günləri ilə əlaqədar olaraq ötən ayın yarısında valyuta birjasının və bankların fəaliyyət göstərməməsinə baxmayaraq, kəskin devalvasiyadan sonrakı ayda Mərkəzi Bank tərəfindən valyuta bazarına 600 milyon dollarlıq müdaxilə heç də yaxşı perspektiv vəd etmir.”

Bu barədə iqtisadçı Qubad İbadoğlu öz Facebook səhifəsində yazıb. İqtisadçı hesab edir ki, hazırda valyuta bazarında və pul kütləsinin tənzimlənməsində yaranmış situasiya Mərkəzi Bankdan daha operativ və çevik qərarlar qəbul etməyi, strategiyasına və pul-kredit siyasətinə yenidən baxmağı tələb edir. “Əks tədqirdə, xüsusilə də dollara olan ajiotajlı tələbdən doğan psixoloji təzyiqin artması və neftin qiymətinin ucuzlaşmasından qaynaqlanan iqtisadi təzyiq vasitələrinin getdikcə aktivləşməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının sürətlə azalmasına və sıfırlanmasına gətirib çıxara bilər. Çünki bu şəraitdə və indiki şərtlər daxilində hətta ucuz məzənnənin də sabit saxlanması həmişə bazara fasiləsiz valyuta müdaxiləsini zəruri edəcək.”

Short URL: http://www.cumhuriyyet.net/?p=21757

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031