ŞOK STATİSTİKA: Azərbaycanda 3 milyondan artıq adam banka “əsir düşüb”

15.04.2015 - 12:06

bank1Azərbaycanda nağd xarici valyuta ilə mübadilə əməliyyatları açıqlanıb. Mərkəzi Bankın saytında yer alan xəbərə görə, fevral ayına olan son göstəricilərə əsasən, ölkədə 2 milyon 366 min 967 borcalan var. Borclu şəxslərə isə 1 milyon 89 min 624 nəfər zamin durub. Eləcə də fevral ayı üzrə dollar alışı 384 milyon 827 min təşkil edib. Bu mübadilə əməliyyatları yanvar ayına nisbətdə 184 milyon 873 min dollar çoxdur.

Fevral ayı üzrə dollar satışı isə 288 milyon 546 min təşkil edib. Avro ilə mübadilə əməliyyatlarında da ciddi artım müşahidə olunub. Belə ki, fevral ayına avro 42 milyon 739 min təşkil edib ki, bu da yanvar ayına nisbətdə 7 milyon çoxdur. Avronun satışı isə fevral ayında 147 milyon 49 minə çatıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=22589

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728