Samir Şərifovdan maraqlı etiraf

20.04.2015 - 17:56

samirserifovDünya bazarında neftin ucuzlaşması Azərbaycana mənfi təsir edib. “APA-Economics”in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov bildirib.
Nazirin sözlərinə görə, neftin ucuzlaşması xüsusilə icmal büdcənin gəlirlərinə mənfi təsir edib: “Dünyanın enerji bazarında baş vermiş hadisələr onu göstərir ki, tələb təklifi xeyli üstələyib. Bu isə neftin ucuzlaşmasına şərait yaradır. Bu il 2014-cü il ilə müqayisədə bu il neftin orta qiyməti iki dəfəyədək azalıb. Neftin ucuzlaşması əsasən icmal büdcənin gəlirlərinə mənfi təsir edib. Dövlət büdcəsinin gəlirlərinə o qədər yüksək təsir etməyib. Yalnız Azərbaycan Dövlət Neft Şirkətinin gəlirlərinə təsir edib”.
S. Şərifov qeyd edib ki, neftin ucuzlaşması nəticə etibarilə ölkənin tədiyyə balansına, ümumi gəlirlərinə mənfi təsir göstərir.
Nazir əlavə edib ki, buna baxmayaraq, Azərbaycan hökuməti müvafiq tədbirlər görüb. “Biz təsdiq olunmuş büdcəni yüksək səmərə ilə icra etməyi planlaşdırırıq. Lazımsız, lüzumsuz xərclərə yenidən baxırıq, bu xərcləri azaldırıq və bəzi infrastruktur layihələrini növbəti ilə saxlayırıq. Yəni, gəlir və xərcləri tarazlaşdırmaq üçün xeyli imkanlarımız var. 2015-ci ilin I rübünün yekunlar göstərir ki, Azərbaycan bütün sosial vəzifələrin həyata keçirilməsini təmin edib. Başqa sözlə, əsas maliyyə vəzifələrinin yerinə yetirilməsində problem yaşanmır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=23042

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031