Kredit borcu ilə bağlı “qara statistika”

29.06.2015 - 10:30

pul6Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci ilin mayın 1-nə olan məlumatına görə, Azərbaycanda 2 milyon 414 min 122 nəfər kredit götürən şəxs (borc alan) var. Bu isə ümumi əhalinin 26%-ni təşkil edir.

Oxu.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı son statistik məlumatda deyilir. Məlumatda qeyd olunur ki, onların böyük bir hissəsi – 2 milyon 381 min 592 nəfəri fiziki şəxslər, daha sadə şəkildə desək, istehlakçılardır.

Bundan əlavə, 10 min 957 min nəfəri hüquqi şəxslər, 21 min 573 nəfəri isə sahibkarlıq subyektləridir. Zamin şəxslərin sayı isə bir ayda (mart və aprel aylarının müqayisəsi) 6 min 344 nəfər artaraq, 1 milyon 115 min 820 nəfərə çatıb.

Onu da əlavə edək ki, 2015-ci ilin fevralın 1-nə borcalanların sayı 2 milyon 342 min 233 nəfər, martın 1-nə 2 milyon 366 min 967 nəfər, aprelin 1-nə 2 milyon 389 min 292 nəfər, mayın 1-nə isə qeyd etdiyimiz kimi 2 milyon 414 min 122 nəfər olub. Xatırladaq ki, AMB Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından xidmət göstərir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27461

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728