Manata yeni risk: avro çökür, proses zəncirvari xarakter ala bilər

30.06.2015 - 02:10

manat3Yunanıstan hökuməti ilə Avropa İttifaqının kreditorları arasında razılaşmanın əldə edilməməsinin ardınca bu ölkədə defolt təhlükəsi yaranıb. Avropa Mərkəzi Bankı yunan banklarına təcili kömək göstərilməsini dayandırıb. Nəticədə bankların çökməsi təhlükəsi artıb. Hökumət bunun qarşısını ala bilmək üçün bu gündən etibarən bankları bağlayıb. Həmçinin bankomatlardan gündə 60 avrodan artıq nağd pul çıxarılmasına qadağa qoyub. Ölkənin fond birjası da bağlıdır.

Yunanıstan hökumətinin iyunun 28-də keçirilmiş təcili iclasında qəbul edilmiş qərarda ölkənin maliyyə sisteminin nəğd vəsaitlərin kəskin qıtlığı ilə üzləşdiyi göstərilir və “təxirəsalınmaz tədbirlərin zəruriliyi” qeyd olunur.

Son bir neçə həftə ərzində yunanlar banklardan öz əmanətlərini kütləvi şəkildə çıxarıb, banklardan bir neçə milyard avronun çıxarıldığı bildirilir. Əgər Yunanıstan sabaha – iyunun 30-na qədər Beynəlxalq Valyuta Fonduna əvvəllər götürdüyü kredit faizlərinə görə 1,6 milyard dollar ödəməsə, defolt elan etməli olacaq.

Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, Yunanıstanda baş verənlər avrozona ölkələrində fond birjalarında çaxnaşma yaradıb. Bu gün Avropanın əksər fond birjalarında indekslər aşağı düşüb. Fond indekslərinin orta hesabla 6-4 faiz arasında aşağı düşdüyü bildirilir. Avronun kursu da dollara nisbətdə aşağı düşüb.

Yunanıstandakı acınacaqlı maliyyə durumu təkcə avrozona ölkələrinə təsir etməyib. Rusiyada da səhmlər ucuzlaşıb, rublun kursu dollara nisbətən 75 qəpik aşağı düşüb. Azərbaycanda da Mərkəzi Bank avronun dollara nisbətdə ucuzlaşması ilə əlaqədar olaraq manatın dollara nisbətdə kursunun aşağı düşdüyünü elan edib.

Yunanıstanla kreditorlar arasında danışıqların uğursuz başa çatması barədə xəbərlərdən sonra dünya birjalarında neft də ucuzlaşıb. Brent markalı neftin 1 barrelinin qiyməti 1.4 faizə qədər aşağı düşüb.

Analitiklər gözləyir ki, sabah Yunanıstan defolt elan etsə, birjalarda indekslər daha da aşağı düşəcək. Bu, bütövlükdə Avropada maliyyə böhranını dərinləşdirə bilər.

Heç şübhəsiz ki, beynəlxalq maliyyə bazarlarında hökm sürən gərginlik Azərbaycan manatına da əlavə risklər yaradır. Mərkəzi Bank bu ilin fevralında həyata keçirilmiş kəskin devalvasiyanın ardınca valyuta ehtiyatlarının sürətlə azalması ilə qarşılaşıb. Hər ay Mərkəzi Bank manatın kursunu sabit saxlaya bilmək üçün 1 milyard dollardan çox vəsait dövriyyəyə buraxıb.

Doğrudur, ötən ay bu tendensiya dayanmış və manatın yeni devalvasiyası ilə bağlı risklər azalmışdı. Ancaq beynəlxalq maliyyə bazarlarında baş verənlər manat üçün də riskləri artıracaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27552

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031